Azərbaycana uduzan milliyə görə nazirə töhmət verdi

26 İyul 2022 13:40 Dünya futbolu 675
Azərbaycana uduzan milliyə görə nazirə töhmət verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışına sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı milli komandanın zəif nəticələri ilə bağlı idman və turizm naziri Sergey Kovalçukdan hesabat tələb edib.

Hətta nazirin töhmət aldığı bildirilir.

Kovalçuk isə öz növbəsində Belarus Futbol Federasiyası sədrinin birinci müavini Yuri Vergeyçiki günahlandırıb.

Nazirin sözlərinə görə, federasiya rəsmisi onu inandırıb ki, futbol düzgün istiqamətdə inkişaf edir və Georgi Kondratyev millinin sükanı arxasına ən optimal namizəddir. Vergeyçik komandanın yaxşı nəticələr qazanacağına da söz verib.

Belarus yığması Millətlər Liqasının C Divizionunda Azərbaycan, Slovakiya və Qazaxıstanla birlikdə 3-cü qrupda yer alıb.

Komanda 4 oyundan cəmi 2 xal toplayıb. İlk oyunda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Belarus Bakıdakı qarşılaşmada uduzub - 0:2.

Digər Xəbərlər
Xəbər Lenti