”Əvvəl buna icazə vermirdilər, indi isə… Çox təəccüblüdür”

22 İyul 2021 12:20 Digər növlər 763
”Əvvəl buna icazə vermirdilər, indi isə… Çox təəccüblüdür”

Əfsanəvi yamaykalı atlet Useyn Bolt müasir atletlərin ədalətsiz üstünlükdən yararlandığını bildirib.

Sportinfo.az xəbər verir ki, Bolt bu üstünlüyü texnologiyanın inkişafı ilə əlaqələndirib.

O bildirib ki, indi atletlər üçün texnoloji cəhətdən daha üstün ayaqqabılar hazırlanır:

“Mənə bu ayaqqabılar barədə məlumat veriləndə, inanmadım ki, bu məqama gəlib çatmışıq. İndi idmançıların da sürətli qaçmaq şansları artıb.

Bu da bir çox idmançılara münasibətdə ədalətsiz yanaşmadır. Çünki bilirəm ki, əvvəllər belə ayaqqabılar istehsal etməyə icazə vermirdilər. İndi isə bunu reallaşdırdılar. Çox təəccüblüdür”.

Digər Xəbərlər
Xəbər Lenti