Şərəfsizliyin zirvəsi

9 Oktyabr 2020 22:20 Azərbaycan Futbolu 938
Şərəfsizliyin zirvəsi

Dünyanın altını üstünə çevir, Amerikadan vur, Yaponiyadan çıx, hətta göz-qulaqdan uzaq qalan kiçik adaları da ələkdən keçirt, ermənilər qədər işərəfsiz, alçaq, paxıl ikinci millət tapa bilmərsən.

Sanki Tanrı onları kainata pis nümunə vəsaiti göndərib.

Bəxtimizdən də gəlib düşüblər düz qulağımızın dibinə.

30 ilə yaxındır bineyi-qədimdən Azərbaycana məxsus torpaqlarda oturduqları azmış kimi, əllərinə düşən hər fürsətdə alçaqlığın zirvəsində dayandıqlarını sübut etməyə çalışırlar. Xislətləri üzlərinə yazılmışkən bunu dünyaya göstərməyə nə gərək var, anlamıram.

“Qarabağ”ın “Arsenal”la Londondakı oyunda dığalardan birinin Ermənistanın əski parçasıyla (elə bayraq olmur – red.) meydana daxil olmasına UEFA göz yumdu. Guya hansısa formada təhbeh etdilər, heç səsi də çıxmadı. Cəzasızlığın nəticəsi növbəti buna bənzər əməlin Lüksemburqda təkrarlanmasıyla nəticələndi. Bu dəfə “F91 Düdelanj” – “Qarabağ” matçında dronu işə salıb, həmin əski parçasını dalğalandırmağa cəhd etdilər.

“Qarabağ”ın Avropadakı bitmək bilməyən uğurları bir qara daş olub, düşüb başlarına. Altından çıxmaq üçün ha çabalayırlar, çi fayda. Stadionlarda törətmək istədikləri təxribat hər dəfə qayıdıb başlarına dəyir deyə, bu dəfə başqa yola əl atdılar. Avroliqadakı püşkatmadan sonra “Qarabağ”ın adını yazmaq istəyəndə, bizim olan Qarabağın adının əvəzinə “Azərbaycan komandası” yazıb, növbəti dəfə özlərini gülünc vəziyyətə saldılar.

İndi də əlləri hər yerdən üzülmüş halda saman çöpündən yapışıblar. Sonlarına az qalıb, heç kim də yaxın durmur. Nə Gürcüstan, nə Rusiyas nə də İran. Özünü prezidentə oxşatmaq istəyən Paşinyanın zənglərinə cavab verən tapılmır. Odur ki, münaqişəyə UEFA-da oturanları qatmaq eşqinə düşüblər. Adını yazmağa adamın əli də gəlmir - Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyanın UEFA-ya göndərdiyi məktubun məzmunu ilə saytımızdakı xəbərdən tanışsız.

“Qarabağ”dan əlləri üzülüb, torpaqların lazım olan yerə qayıdacağına əmindilər deyə, bu deəfə SOCAR-ın adı ətrafında qalmaqal yaratmaq həvəsindədilər. Ki, neft şirkətinin sosial şəbəkə hesablarında müharibəyə aid foto və şəkillər paylaşılır, insanlara emosional çağırışlar olunur.

Adama sual verərlər, al alçaq, sən Bakı-Tiflis-Ceyhan neft kəmərini partlatdığın halda, vaxtilə həmin xəttin çəkilməsinə milyonlar, Allah bilir, milyard xərcləyən şirkət nə etməlidir? Sən dinc əhalinin başına top yağdırdığın halda, canı canımızdan, qanı qanımızdan olan SOCAR-ın əməkdaşları susmalıdır?

Bəli, SOCAR-ın UEFA ilə əməkdaşlıq müqaviləsi var. Amma bu, futbol sahəsini əhatə edir. Şirkət hansısa futbol oyununda müharibə çağırışı etsə, yaxud bununla bağlı layihə hazırlasa, başqa məsələ. SOCAR-ın bu gün etdiyi siz şərəfsizlərin dildə yox, əməldə də şərəfsiz olduğunu dünyaya çatdırmaqdı. Buna görə isə şirkətin qarşısını heç kim kəsə bilməz. Bir də ki, UEFA SOCAR-la əməkdaşlığa son verə bilər deyə, susmalıyıq? Əsla! Elə şeyləri siz - şərəfsizliyin zirvəsində duranlar yaxşı bacarırsız. UEFA SOCAR-ı susduracaqmış. Başınız üçün (offsideplus.az)...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti