"Gördük, özləri arasında problemlər yaranıb, qərara alındı ki..."

29 Yanvar 2020 00:14 Azərbaycan Futbolu 712
"Gördük,  özləri arasında problemlər yaranıb, qərara alındı ki..."

"AFFA yanında Media Komitəsinin yaradılması təşəbbüsü bizim tərəfimizdən irəli sürüldü. Komitə 2 il fəaliyyət göstərdi.

Onlara müstəqil fəaliyyət üçün imkanlar yaratdıq. Sonra isə gördük ki, həmkarların özləri arasında problemlər yaranıb. Nəticədə qərara alındı ki, yeni konsepsiya yaradılsın".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) uğurlu qərarlar qəbul edəcəyinə inandığını bildirib:

"2018-ci ildə bununla bağlı ilkin fikirlər eşitdik. Düşündük ki, nazirlik nəzdində belə qurum yaradılırsa, AFFA-nın buna müdaxiləsi düzgün olmaz.

Müraciət olundu ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yeni federasiyada təmsil olunsun. Biz də razılıq verdik. AİJF üzvlərini təbrik edirəm".

"O mediaya üstünlük veririk ki, etik normalara uyğun fəaliyyət göstərir, sağlam tənqidə savadı və mədəniyyəti, davranışı çatır.

Onları gələcəkdə də səfərlərə dəvət edəcəyik. O media ki təhqirlərə, yalan məlumatlara yol verir, onları milli komanda ilə birgə səfərdə görmək istəməzdik.

Çünki sonra yığma rəhbərliyi AFFA-ya irad tutur. Hazırda yalnız əsas milli ilə səfərlərə imkanımız çatır. Medianı dəstəkləməkdə davam edəcəyik", - E.Məmmədov sözlərinə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti