"Qəbələ" yarımfinal qapısını araladı, Bayılda qol olmadı

15 Dekabr 2019 18:52 Azərbaycan Futbolu 1 644
"Qəbələ" yarımfinal qapısını araladı, Bayılda qol olmadı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan biri artıq başa çatıb.

Son vaxtlar yüksəlişdə olan "Qəbələ" evdə hələ də öz oyununu tapa bilməyən "Sabah"la qarşılaşıb. 3:0 hesablı qələbə qazanan əyalət təmsilçisi cavab oyunu öncəsi yaxşı üstünlük əldə edib.

Günün son matçı paytaxtda oynanılıb. Çempionatın autsayderi "Səbail" kubokun 1/4 finalında "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş başladığı hesabla da başa çatıb. Komandalar arasında cavab oyunları dekabrın 19-da keçiriləcək. 1/4 final mərhələsinin digər iki matçı isə sabah olacaq.

Azərbaycan kuboku, 1/4 final mərhələsi

15 dekabr (bazar)

15:00. “Qəbələ” – “Sabah” - 3:0
Qollar:
Klesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87

Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Anar Nəzirov (k), 3. İviça Zuniç, 2. Amin Seydiyev, 74. Yusif Nəbiyev, 19. Rövlan Muradov, 8. Qismət Alıyev, 77. Merab Qiqauri, 6. İbrahima Niasse, 21. Fernan Lopez, 10. Klesio Bauk, 9. Davit Volkov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı

Baş məşqçi: Azər Bağırov

"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 7. Coşqun Diniyev, 11. Şakir Seyidov, 27. Hendrik Ekşteyn, 23. Amadu Diallo, 9. Ulise Dialo

Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev
38. Arsen Ağcabəyov

Baş məşqçi: Jelko Sopiç

17:00. “Səbail” – “Zirə” - 0:0
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”

"Səbail": 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 21. Eriko da Silva, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 14. Rahid Əmirquliyev (k), 77. Ədilxan Qarəhmədov, 17. Elçin Rəhimli, 10. Ağabala Ramazanov, 9. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 22. Mirabdulla Abbasov, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

"Zirə": 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 27. Adrian Skarlatake (k), 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 4. Elvin Camalov, 70. Nicat Süleymanov, 23. Mfo Kqasvane, 43. Riçard Qadze, 18. Xulio Sezar Rodrigez

Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu

Digər Xəbərlər
Xəbər Lenti