Yeni baş məşqçisinin adı rəsmən açıqlandı - 3 illik

10 Noyabr 2020 22:20 Türkiyə 490
Yeni baş məşqçisinin adı rəsmən açıqlandı - 3 illik

“Trabzonspor”un yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “bordo-mavililər” “Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı ilə münasibətləri rəsmiləşdiriblər.

Mövsümə uğursuz başladıqdan sonra ingiltərəli Eddi Nyutonla yollarını ayıran Qara dəniz təmsilçisi yerli mütəxəssislə 2,5 illik müqavilə imzalayıb. Cari mövsümdəki qazancı 5 milyon lirə təşkil edəcək

Avcı növbəti iki mövsümdə müvafiq olaraq 6,5 milyon və 8,5 milyon lirə əldə edəcək.

"Trabzonspor" Super Liqada 8 turdan sonra 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti