“Qalatasaray” bu forvardı transfer etməyə çalışacaq

9 Oktyabr 2021 10:20 Türkiyə 834
“Qalatasaray” bu forvardı transfer etməyə çalışacaq

"Spartak"ın futbolçusu Cordan Larsson "Qalatasaray"ın maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, isveçli futbolçunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim şəxsən sərəncamında görmək istəyir.

İstanbul təmsilçisi Larssonu icarəyə götürmək niyyətindədi. Növbəti “transfer pəncərəsi” zamanı isə “Qalatasaray” forvardı transfer etməyə çalışacaq.

​Cari mövsüm Cordan bütün turnirlərdə 11 oyun keçirib, amma qol vura bilməyib. 24 yaşlı futbolçu 2019-cu ildə “Nörçöpinq”dən “Spartak”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti