"Neftçi" asan qazandı - VİDEO

22 Fevral 2020 17:38 Qəbələ 1 273
"Neftçi" asan qazandı - VİDEO

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ilk yarıda vurulub. 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib.

Beləliklə, ardıcıl ikinci qalibiyyətinə imza atan "Neftçi" xalını 33-ə çatdırıb və ikinci pillədə möhkəmlənib. Qış fasiləsindən sonra 4 görüşünün hamısından məğlub ayrılan "Qəbələ" isə 13 xalla sonuncu - 8-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var