Azərbaycan Premyer Liqasını 4-cü pillədə başa vuraraq Konfrans Liqasını vəsiqəni təmin edən "Qəbələ"də ilk ayrılıq dəqiqləşib.
"Qırmızı-qaralar” ötən yay transfer dövründə heyətinə qatdığı Andrey Strijakla yolları ayırmağa qərar verib.
23 yaşlı futbolçu ilə qüvvədə olan 1+1 illik müqavilənin ikinci ilinin artırılması məqsədə uyğun hesab edilməyib.
Ukraynalı yarımmüdafiəçi bu mövsüm bölgə klubunun heyətində 7 oyunda cəmi 66 dəqiqə meydana çıxıb.
Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ