“Fənərbağça”lı müdafiəçi “Qəbələ” yolunda – SON DƏQİQƏ

21 Yanvar 2022 17:20 Qəbələ 3 287
“Fənərbağça”lı müdafiəçi “Qəbələ” yolunda – SON DƏQİQƏ

Patrik Robson de Souza Monteyronu Avstriya “Admira”sından 1,5 illik icarəyə götürən “Qəbələ” daha bir futbolçu ilə danışıqlara başlayıb.

“Qırmızı-qaralar” 23 yaşlı braziliyalı hücumçunun ardınca Samet Karakoçu gündəminə alıb.

2021-ci ildə milliləşdirilən türkiyəli ölkəsinin III liqasında çıxış edən “Bayrampaşa”nın üzvüdür.

Əvvəl U-19, daha sonra U-21-ə dəvət alan 19 yaşlı mərkəz müdafiəçisi “Fənərbağça”nın yetirməsidir. Onun hazırkı klubu ilə müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.

Müdafiənin sol cinahında da oynamağı bacaran Samedə hələ ötən sezon Premyer Liqamızda çıxış etmək təklif olunub.

O isə Türkiyədən ayrılmağa hazırlaşmadığını, ölkəsində daha üst liqalardan dəvət gözlədiyini söyləmişdi. Indi isə vəziyyət dəyişib və “Qəbələ”nin avrokuboklara vəsiqə qazanmaq üzrə olması onun mövqeyinə təsir göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi