"Qarabağ"ın kapitanı: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram"

28 Oktyabr 2020 15:04 Qarabağ 406
"Qarabağ"ın kapitanı: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram"

"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının I qrupunun II turunda "Vilyarreal"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və "Qarabağ"da vəziyyət elə də yaxşı deyil: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti