"Qarabağ" yaxşı komandadır, onu düzgün qiymətləndirməliyik"

6 Noyabr 2019 23:10 Qarabağ 495
"Qarabağ" yaxşı komandadır, onu düzgün qiymətləndirməliyik"

APOEL-in sabiq futbolçusu Kostas Fasulitis Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı oynanılacaq görüş haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kipr mətbuatına danışan 49 yaşlı veteran futbolçu APOEL-in "Qarabağ"la oyunda qələbə qazanmaq şanslarını dəyərləndirib.

1990-2000-ci illərdə il Nikosiya klubunda forma geyinmiş Fasulitis matçla bağlı bunları deyib: "Burada hər şey sadədir. APOEL-in qələbəyə ehtiyacı var.

Digər nəticələr isə komandanı razı salmayacaq. APOEL-in əla heyəti var, Tomas Dolun bir neçə variantı olacaq. Onlar necə qalib gəlməkli olduqlarını anlamalıdır. Motivasiya da yetərincədir. Asan rəqiblə oynamayacaqlar.

“Qarabağ” çox yaxşı komandadır. Rəqibi düzgün qiymətləndirməliyik. APOEL-in oyunçularına inanıram, qalib gəlməlidilər. Məncə, komandamızın qələbə şansı yüksəkdir. Onlar növbəti mərhələyə adlaya bilməsə, böyük uğursuzluq olacaq. Futbolçular özü bunu anlamalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti