"Qarabağ" Qara Qarayevlə müqaviləni 2 il uzatdı - FOTOLAR

8 İyun 2021 11:00 Qarabağ 526
"Qarabağ" Qara Qarayevlə müqaviləni 2 il uzatdı - FOTOLAR

“Qarabağ” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevlə anlaşmanı yeniləyib.

Yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Anlaşmanın müddəti 2 ildir. Qarayev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Ağdam klubu bunadək Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə müqavilələri uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti