"Qarabağ" bu səviyyəyə yavaş-yavaş çatdı, baş məşqçiyə güvəndilər, pul yatırdılar"

7 Mart 2021 20:00 Qarabağ 1 151
"Qarabağ" bu səviyyəyə yavaş-yavaş çatdı, baş məşqçiyə güvəndilər, pul yatırdılar"

"Orada yaxşı maliyyə var. Məsələn, "Qarabağ" hərtərəfli inkişaf edib".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin sabiq qapıçısı Andrey Popoviç deyib.

Vaxtilə ölkəmizdə "Sumqayıt" və "Qəbələ"nin şərəfini qorumuş 29 yaşlı kiper ukraynalı həmkarlarımıza Azərbaycan futbolunun durumu haqqında bunları deyib:

"Bu səviyyəyə yavaş-yavaş çatdılar, baş məşqçiyə güvəndilər və kluba pul yatırdılar. Komanda ardıcıl neçə mövsümdür ki, çempion olur.

Hətta avrokubokların da qrup mərhələlərində iştirak edir. Onlar üçün hər şey yaxşıdır. Bəziləri isə dərhal nəticə istəyirlər.

"Qəbələ"yə görə məyusam, mən orada olanda Roman Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər. Komanda çox yaxşı idi. Əsas hədəf də çempionluq olmuşdu.

Amma "Qarabağ" amilinə görə şansımız az idi. Onlara qarşı görüşlərdə heç-heçə edir və ya qələbə qazana bilirdik. Amma digər komandalarla oyunlarda xallar itirdik.

"Qəbələ"yə artıq böyük maliyyə yatırılmır. Halbuki orada hər şey var. İndi bazada qalmaqlarından xəbərsizəm. Həqiqətən orada hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə isə təəssüflənirəm".

Digər Xəbərlər
Xəbər Lenti