Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - VİDEO+FOTO/

25 Mart 10:24 Maraqlı 231
Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - VİDEO+FOTO/

Çinin Şanxay şəhərində 30 yaşlı bir ata çölə çıxarkən övladını koronavirusdan müdafiə etmək üçün qeyri-adi ixtiraya imza atıb.

Sportinfo.az xəbər verir ki, onun yeni layihəsi hamı tərəfindən bəyənilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, Bai Ying adlı şəxs uşağı təhlükəsizlik şəraitində saxlayan və daşına bilən kapsul hazırlayıb.

Yeni qurğu hava filtri, içəridə karbondioksid sıxlığını və istiliyi göstərən monitor, həmçinin valideynlərin uşağa təmas etmədən toxunmasına imkan verən steril bir əlcəklə təchiz olunub.

Bai Ying yeni ixtirası barədə danışarkən uşaqların tənəffüs sisteminin zəif olduğundan maska taxmağın onlarda oksigen çatışmazlığına səbəb ola biləcəyini deyib.

O, kapsulu “Death Stranding” video oyununa baxaraq hazırladığını vurğulayıb. Bai Ying kapsuldan daha çox istehsal etmək üçün artıq bir firma ilə danışıqlara başladığını əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq