Azərbaycanda 113 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü

18 May 17:52 Maraqlı 671
Azərbaycanda 113 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü

Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, kəskin böyrək çatışmazlığı, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1961-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235.910 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?