Dünya ulduzu azərbaycanlı deputatla nədən danışıb?

9 Dekabr 2023 22:20 Maraqlı 903
Dünya ulduzu azərbaycanlı deputatla nədən danışıb?

Yaxın gələcəkdə Sumqayıt və Braziliya arasında geniş futbol əlaqələrinin qurulması planlaşdırılır.

Bu barədə saytımıza açıqlamasında Milli Məclisin Sumqayıtdan seçilən deputatı Müşfiq Məmmədli məlumat verib.

Müşfiq müəllim Azərbaycan Milli Məclisinin Azərbaycan-Braziliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəridir.

O, ötən ay Cənubi Amerikada səfərdə olub.

Səfərdə məqsəd iki ölkə arasında davam edən dostluq münasibətlərinin 30 illiyini qeyd etmək və gələcəkdə münasibətlərin daha da yaxşılaşdırması olub.

Amma görüşlər əsnasında maraqlı hadisə yaşanıb.

Başverənləri deputatın dilindən eşidək:

"Bu yaxınlarda Braziliya senatında görüşlər keçirdim. Braziliya dostluq qrupunun rəhbəri kimi.Braziliya senatının birinci vitse-prezidenti yanımda şəxsən Romarioya zəng etdi.

Bilirsiniz ki, o da deputatdır. "Sumqayıt"la Braziliya arasında futbol əlaqələrinin qurulmasın planlaşdırırıq.

Bu istiqamətdə təkliflərimi vermişəm. Bu da bir Millət vəkili kimi şəhərimizə töhfəmdir".

1994-cü ildə Braziliyanın futbol üzrə milli komandasının tərkibində dünya çempionu olmuş Romario 2014-cü ildən ölkəsində deputatdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"