
“Neftçi”nin tərcüməçisi Vüqar Əliyev subaylığın daşını atıb.
“Ağ qaralar”ın əməkdaşı Sumqayıtda yerləşən restoranların birində özünə toy şənliyi düzənləyib.
Mərasimdə bütün “Neftçi” ailəsi iştirak edib.
Tədbirin ən yadda qalan anları isə futbolçuların şıdırğı rəqs etməsi olub.
Bu mənada komandanın yarımmüdafiəçiləri Qara Qarayev və Rəhman Hacıyev xüsusi fəallıqla seçiliblər.
Dostların əhatəsində ikilinin sürətli rəqsi böyük maraqla qarşılanıb.
Həmin anlara aşağıdakı linkə baxa bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ