“Real”ın sabiq ulduzunun qərarına Azərbaycandakı tanışları REAKSİYA VERDİ - FOTO FAKT

12 Yanvar 2023 16:00 Maraqlı 631
“Real”ın sabiq ulduzunun qərarına Azərbaycandakı tanışları REAKSİYA VERDİ - FOTO FAKT

Futbol dünyasının daha bir ulduzu idmanın şahına əlvida dedi.

Söhbət Uels millisinin kapitanı Qaret Beyldan gedir.

Son olaraq ABŞ-da "Los Anceles" klubunun şərəfin qoruyan ulduz oyunçu gözlənilmədən futbolçu karyerasını başa vurduğunu açıqladı.

"Tottenhem"də parlayan 34 yaşlı oyunçu daha sonra uzun illər "Real Madrid"dəki çıxışı ilə böyük şöhrət qazandı.

Məşhur futbolçunun qərarına reaksiya bildirən onun həmkarları arasında Premyer Liqamızda çıxış edən iki sima da yer aldı.

Söhbət "Sabah"ın müdafiəçisi Abdulaye Ba və Kristian Sebalyosdan gedir.

Hər iki oyunçu yaxından tanıdıqları dünya ulduz oyunçu ilə bağlı öz sosial şəbəkə hesablarından paylaşım etməklə yadda qalıblar.

İspaniyalı vinger "Tottenhem"də komanda yoldaşı olduğu Beylla birgə fotosunu paylaşıb.

Seneqal millisinin sabiq üzvü Ba isə uelsli futbolçuya qarşı dəfələrlə rəqib kimi çıxış edib. Bu, onun İspaniyada "Rayo Valyekano"da çıxış edən zaman "Real"a qarşı oynadıqları oyunlarda reallaşıb.34 yaşlı Mərkəz müdafiəçisi ulduz oyunçu ilə həmin görüşlərdən birində çəkilmiş fotosunu paylaşaraq bu sözləri yazıb:

"Həyatımızı biz qurmuruq, onu yaşayırıq. Yaşıl meydanları bölüşməyimiz böyük şərəf idi. Böyük və ya kiçik hər bir nailiyyətin öz dönəmi var. Həyatının yeni mərhələsində sənə uğurlar arzulayıram".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"