
DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə keçiriləcək oyundan əvvəl Argentina millisinin futbolçularının həyat yoldaşları və sevgilələri görüşüblər.
Sportinfo.az xəbər verir ki, onlar nahar etmək üçün bir araya gəliblər.
Millinin kapitanı Lionel Messinin həyat yoldaşı Antonellanın xanımlara qatılmaması diqqət çəkib.
Qeyd edək ki, bu gün keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.