
“Barselona” mövsümün sonunda Xavi Hernandesi əvəz edə biləcək yeni baş məşqçi axtarışındadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu üçün prioritet namizəd komandanın keçmiş futbolçusu Rafael Markesdir.
Lakin “Barselona” “Bayern”in keçmiş baş məşqçisi Hans-Diter Fliki də dəvət etmək variantını istisna etmir.
Bu yaxınlarda “Barselona”nın mövsümün sonunda Xavini qovmaq istəyi ilə bağlı söz-söhbətlər yayılıb.
İspaniyalı məşqçinin “Almeriya” ilə oyundan öncə mətbuat konfransında dediyi bədbin sözlər klub prezidenti Xuan Laportanın xoşuna gəlməyib.