"Real" çempion - VİDEO

17 İyul 2020 01:24 İspaniya 647
"Real" çempion - VİDEO

La Liqada 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu "Real"dır. Madrid təmsilçisi 37-ci turda doğma meydanda "Vilyarreal"a 2:1 hesabı ilə qalib gəlib və xalını 86-ya yüksəldib.

Bununla da, Zinəddin Zidanın komandası turnirin bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Kral klubu" tarixində 34-cü dəfə ölkə çempionu olub. 37-ci turda "Osasuna"ya 1:2 hesabı ilə uduzan "Barselona" 79 xalla 2-ci, "Atletiko" 69 xalla 3-cüdür.

"Real" - "Vilyarreal" 2:1
Qollar
: Benzema, 29 (1:0), 77-pen (2:0), İborra, 83 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti