Bu 4 hücumçudan birini almağı planlaşdırır – Paytaxt komandası

10 Fevral 2025 18:40 İngiltərə 1 342
Bu 4 hücumçudan birini almağı planlaşdırır – Paytaxt komandası

“Arsenal” yay transfer pəncərəsində hücumçu almağı planlaşdırır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular”ın qısa siyahısına dörd futbolçu daxildir.

London klubu Evan Ferqyuson, Aleksandr İsak, İqor Xesus və Benjamin Şeşkonun namizədliyini nəzərdən keçirir. Klubun ilk seçimi “Nyukasl”ın hücumçusu İsakdır.

“Arsenal” İngiltərə Premyer Liqasında 50 xalla 2-ci pillədə qərarlaşıb. Mikel Artetanın komandası ehtiyatda bir oyunu olan lider “Liverpul”dan 6 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri