"Lazım olanda amansız davrana biləcəyimizi göstərdik"

5 Dekabr 2022 21:40 İngiltərə 409
"Lazım olanda amansız davrana biləcəyimizi göstərdik"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/8 finalına Seneqala qalib gələrək (3:0) 1/4 finala adlamaları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis yalnız nəticədən deyil, komandasının çıxışından da razı qaldığını deyib:

“İlk 25 dəqiqədə bir az gərgin idik. Seneqalda çox enerji vardı, komanda yaxşı pressinq etdi. Ən yaxşı imkanlarımız mübarizədən sonra gəldi.

Cud Bellinqhem və Cordan Henderson oyunun bu aspektində yaxşı idi. Soyuqqanlı davranmağımızdan ,

komandanın topla və topsuz işləməsindən məmnun qaldım Qol vura biləcəyimizi göstərdik.

Lazım olanda amansız davrana biləcəyimizi göstərdik. Həqiqətən vacib anlarda qol vurduq.

Biz həmçinin göstərdik ki, qapını təmiz saxlaya bilərik. Bu, Fransaya qalib gəlmək üçün çox vacib olacaq”.

İngiltərə DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 10-da Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi