Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlandı - FOTOLAR

27 Yanvar 2023 15:20 Hadisə 389
Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlandı - FOTOLAR

Kriştiano Ronaldo üçün eksklüziv saat hazırlanıb.

Sportinfo.az xəbər verir ki, saatı dəbdəbəli saat istehsalçısı "Jacob & Co" yaradıb.

"Caviar Flying Tourbillon" adlanan saat qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlər ilə bəzədilib.

Savoritlərə təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.

Portuqaliyalı ulduz futbolçunun saatında bu daşlardan 300 ədədi yer alıb.

Eksklüziv saat modelinin qiyməti təxminən 780 min dollardır.

Digər Xəbərlər
Xəbər Lenti