Abbasovla insident yaşayan və tutulan "Neftçi" azarkeşi haqda YENİ XƏBƏR

21 Noyabr 2021 10:47 Hadisə 2 662
Abbasovla insident yaşayan və tutulan "Neftçi" azarkeşi haqda YENİ XƏBƏR

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov onunla problem yaşayan fanatlardan şikayətçidir.

Dünən onlardan biri – Murad adlı azarkeş saxlanılıb.

Buna səbəb Premyer Liqanın XI turunun "Neftçi" - "Sabah" oyunundan (1:2) sonra baş verən insidentdir.

Belə ki, matçın final fitindən sonra meydana azarkeş daxil olub və Mirabdulla Abbasova hücum edib. Hadisəni fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması alovlandırıb

Bu zaman fanatlardan biri tribunadan meydançaya enərək, Mirabdullaya tərəfə şığıyıb. Mühafizə xidmətinin əməkdaşları tərəfləri çətinliklə sakitləşdirib.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin azarkeşi polis bölməsinə aparıb. Abbasovun ünvanına təhqiramiz ifadələr işlətmiş fanatın hələ də idarədə olduğu barədə xəbərlər var.

O da deyilir ki, adı olaya qarışmış digər azarkeşlərin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində işlər davam etdirilir.

Mirabdullanı söyən şəxs və onunla bərabər olanlarla bağlı araşdırma artıq başlayıb. «Neftçi» rəhbərliyi müşahidəçi mövqeyi sərgiləyir.

Futbolçu ilə insident yaşayanların sərbəst buraxılması üçün hələlik heç bir addım atmayıblar. Deyəsən, onlar da Abbasovu təhqir edənlərin cəzalandırılmasını istəyirlər.

«Forza Neftçi»nin lideri Sübhan Əliyev də sosial şəbəkədə status paylaşıb. O, «qardaşların hər zaman səninlədir» başlığı ilə paylaşdığı statusda Murada səbrli olmağı arzulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti