“Ermənistan Azərbaycanla müharibədə məğlub olandan sonra..."

20 Fevral 2021 11:30 Gündəm 7 330
“Ermənistan Azərbaycanla müharibədə məğlub olandan sonra..."

Rusiyalı politoloq Yuri Svetovun fikrincə, Ermənistanın və Abxaziyanın köməyi ilə nəqliyyat kommunikasiyalarının bərpası Rusiya üçün iqtisadi baxımdan məqsədə uyğun deyil.

Sportinfo.az xəbər verir ki, politoloq bu fikri “RJD-Partnyor” jurnalına müsahibəsində söyləyib.

O deyib: “Azərbaycan Rusiya ilə dəmiryol əlaqələrinin açılması planları barədə dəfələrlə bəyan edib. Bu məsələdə Azərbaycan Türkiyənin də dəstəyinə güvənir.

Vurğulamalıyam ki, Azərbaycan tərəfinin fikrincə, yeni dəmiryolunun açılması Ermənistanın yalnız xeyrinə olar. Lakin mən belə başa düşürəm ki, Ermənistan özü bu məsələyə çox şübhə ilə yanaşır. Fikrimcə, Ermənistan ehtiyat variant axtarışı prosesinə qoşulub və Abxaziya da bu prosesə meyillidir”.

Bu layihənin reallaşdırılmasının mümkünlüyünə şübhə etdiyini bildirən Y.Svetov deyib: “Ermənistan Azərbaycanla müharibədə məğlub olandan sonra onun iqtisadiyyatı da çox kədərli vəziyyətdədir. Mən həmin alyansın iştirakçıları olan Ermənistan və ya Abxaziyanın iqtisadi və siyasi baxımdan bu cür şübhəli bir layihənin reallaşdırılmasına sərmayə qoymağa imkan verən biznes tapa biləcəklərinə əmin deyiləm”.

Politoloq vurğulayıb ki, Ermənistan ilə Abxaziyanın ortaq sərhədi yoxdur, Abxaziya ərazisindən keçməklə Ermənistandan Rusiyaya real yük axını da yoxdur.

Ekspert deyib: “Ən başlıca sual: bu layihənin reallaşdırılmasından Rusiya nə qazanacaq? Hələlik bu suallara cavab tapılmayıb. Alyans iştirakçıları indiyə qədər heç bir iqtisadi hesablama təqdim etməyiblər... Qoqolun qəhrəmanı Manilov yadınızdadırmı? O deyirdi: “Bu evdən yeraltı yol qazmaq və ya nohurun üzərindən daş körpü salmaq yaxşı olardı, körpünün hər iki tərəfində dükanlar açardıq, orada tacirlər əyləşib kəndlilərə lazım olan xırdavatlar satardı”.

Hələlik bütün bu söhbətlər Manilovun istəkləri səviyyəsindədir. Ermənistan və Abxaziya bu layihənin həyata keçirilməsində kimin daha çox marağı olmasını deməyiblər. Lakin dəmiryolun başqa bir layihəsi var.

Həmin layihəni Azərbaycan təklif edir. Məlumdur ki, bu yol Azərbaycan, Gürcüstan, Türkiyə, İran və elə həmin Ermənistan arasında əlaqə yaradar. Maraqlı tərəflər artıq müəyyən edilib, real yük axınları var”.

Digər Xəbərlər
Xəbər Lenti