
Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"iDario Benedetto ilə yollarını ayıracaq.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" klubuna qayıdacaq.
Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib.
Dario Benedetto 2021-ci ildə icarə əsasında İspaniyanın "Elçe" klubunda çıxış edib.
"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.