Millimizin sabiq legioneri: “Ermənilərdən tələb edirik ki...” - FOTO

3 Oktyabr 2020 20:30 Digər növlər 507
Millimizin sabiq legioneri: “Ermənilərdən tələb edirik ki...” -  FOTO

Bədii gimnastika üzrə millimizin sabiq üzvü Aliyə Qarayeva Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini ortaya qoyub.

Sportinfo.az xəbər verir ki,o, “Instagram” hesabından yaydığı açıqlamada Azərbaycan ordusunun ədalətli hərbi əməliyyat keçirdiyini bildirib:

“Əziz dostlar, son vaxtlar Azərbaycanın guya Ermənistana hücum etdiyini yazan saxta xəbərlərlə tez-tez rastlaşıram. Ancaq gəlin, etiraf edək. Artıq 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır.

Yüz minlərlə azərbaycanlı evlərini itirdi. Bu 30 il ərzində Ermənistan vaxtaşırı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Dinc insanlar öldürülüb. Buna baxmayaraq, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək ümidini itirməyib. Ancaq bütün səbirlər sona çatır.

Hazırda Azərbaycan ordusu torpaqlarını erməni işğalçılarından azad etmək üçün əməliyyat keçirir. Biz mülki şəxslərlə mübarizə aparmırıq. Biz müharibə istəmirik. Erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal çıxarılmasını tələb edirik”.

Rusiyanın Yekaterinburq şəhərində anadan olmuş Aliyə Qarayeva milliyyətcə tatardır. 32 yaşlı sabiq gimnast vaxtı ilə Azərbaycan adından Avropa çempionu (iplə hərəkətlərdə) olub, səkkiz dəfə dünya çempionatının mükafatçısı olub.

View this post on Instagram

Дорогие друзья , мне в последнее время все чаще на глаза попадаются фейковые новости в которых говорится что якобы Азербайджан напал на Армению. Но давайте посмотрим правде в лицо. Уже на протяжении 30 лет 20% территории Азербайджана находится под оккупацией Армении. Сотни тысяч Азербайджанцев лишились своих домов. На протяжении этих 30 лет Армения переодически обстреливала населённые пункты Азербайджана. Гибли мирные люди. И не смотря на это Азербайджан не терял надежды решить конфликт мирным путём. Но всякому терпению приходит конец . В данный момент Азербайджанская армия проводит операцию по освобождению своих земель от армянских оккупантов. Мы не воюем против мирных жителей. Мы не хотим войны. Мы требуем немедленного вывода армянских войск с международно признанной территории Азербайджана. #qarabag #карабах #karabakh #karabakhisazerbaijan #azerbaycan #aserbaidschan #azerbaijan

A post shared by Aliya Garaeva (@aliyagaraeva) on

Digər Xəbərlər
Xəbər Lenti