Bakıdakı Dünya Kubokuna 31 ölkənin gələcəyi dəqiqləşdi

4 Yanvar 2020 19:20 Digər növlər 497
Bakıdakı Dünya Kubokuna 31 ölkənin gələcəyi dəqiqləşdi

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.

Sportinfo.az xəbər verir ki, fevralın 15-16-da baş tutacaq builki turnir də Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışlara ilkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiqləyib. Təxminən 171 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək gimnastların adları isə yanvarın sonunda bəlli olacaq.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti