"Allah uzaq etsin, yeni sponsor heç olmaya da bilər"

22 Oktyabr 2019 16:46 Digər növlər 722
"Allah uzaq etsin, yeni sponsor heç olmaya da bilər"

"Formula 1" üzrə 2020-ci il "Azərbaycan Qran-Prisi"nin əsas sponsoru hələlik dəqiqləşməyib".

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

Onun sözlərinə görə, ötən mövsüm əsas sponsor olan SOCAR-la əməkdaşlığın davam etdirilməsi mümkündür: "SOCAR-la müqaviləmizin müddəti bir illik idi.

Bu sözləşmə uzadıla və ya sponsor başqa şirkət də ola bilər. Allah uzaq etsin, heç olmaya da bilər (gülür). Hər şey danışıqların gedişindən asılıdır".

B.Özərdim həm 5-ci dəfə keçirəcəkləri yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını əlavə edib. 2020-ci "Azərbaycan Qran-Prisi" 5-7 iyunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti