Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətəndə - VİDEO

13 Aprel 2021 14:00 Digər növlər 433
Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətəndə - VİDEO

Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 27 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Nəriman Abbasov çempion titulunu qorumaq üçün keçirdiyi döyüşdə Şamil Amirovu üçüncü raundda texniki nokautla məğlubiyyətə uğradıb.

Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci, ümumilikdə 29-cu sınağında 26-cı qələbəsi olub.

Digər Xəbərlər
Xəbər Lenti