Seksist açıqlama verdi, 500 nəfər olimpiadanı boykot etdi

11 Fevral 2021 12:00 Digər növlər 632
Seksist açıqlama verdi, 500 nəfər olimpiadanı boykot etdi

Yaponiyada 500 könüllü və məşəli aparacaq 3 nəfər olimpiada ilə bağlı tədbirlərdə iştirakdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Tokioda keçiriləcək olimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri, Yaponiyanın sabiq baş naziri Yoşiro Morinin açıqlaması olub.

Onun seksit açıqlamada ittiham edirlər.

Mori idman federasiyalarında qadınların sayının artması iclasların daha uzun vaxt aparacağını bildirmişdi. Onun fikrincə, qadınlar çox danışırlar və hər şeyi xırdalığına qədər qeyd etməyə çalışırlar.

O. buna misal olaraq, rəhbərlik etdiyi Reqbi Federasiyasını göstərib. Bildirib ki, federasiyada qadınların sayı artdıqdan sonra iclaslar iki dəfə artıq vaxt alır.

Bundan sonra sosial şəbəkələrdə ona qarşı kəskin etiraz başlayıb. Könüllülər isə olimpiya tədbirlərində iştirakdan imtina ediblər. Ən son məlumata görə, Mori istefa verəcək.

Digər Xəbərlər
Xəbər Lenti