UEFA-dan avrokubokların qrup oyunları ilə bağlı qərar

25 Sentyabr 2020 00:00 Bizimkilər 872
UEFA-dan avrokubokların qrup oyunları ilə bağlı qərar

Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin oyunları gələn il yanvarın 28-dək başa çatdırılmalıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klublar epidemioloji vəziyyətdən asılı olaraq qitə futbol qurumunun da razılığı ilə neytral meydanda oyun keçirə bilər.

Qrup mərhələsində iştirak edən hər hansı komandada koronavirus aşkarlanacağı təqdirdə, heyətdə qapıçı da daxil olmaqla 13 oyunçu olarsa, matçın oynanılmasına icazə veriləcək.

Tələb olunan say düzəlməsə, UEFA qarşılaşmanı təxirə sala bilər. Amma bunun üçün həmin görüş qrup mərhələsinin bitmə tarixindən əvvəl baş tutmalıdır.

Hansısa səbəbdən oyunu göstərilən tarixədək keçirmək mümkün olmasa, qurumun İcraiyyə Komitəsi pley-off mərhələsinə adlayacaq klubların müəyyənləşdirilməsi ilə bağlı əlavə qərar verəcək.

Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları oktyabrın 20-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti