Həmyerlimiz razı qaldı: “Uca Tanrı məni əliboş qoymadı”

6 Avqust 2021 00:56 Bizimkilər 571
Həmyerlimiz razı qaldı: “Uca Tanrı məni əliboş qoymadı”

Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandıran Azərbaycan əsilli Pərviz Nəsibov təşəkkür bildirib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançı çoxlu təbrik mesajları aldığını qeyd edib:

“Hər şeyi görürəm, sadəcə cavab verməyə fiziki cəhətdən çatdırmıram. Bu medal üçün uzun yol qət etdim, bütün həyatım boyu məşq keçdim və Uca Tanrı medalı mənə bəxş etdi.

O, məni əliboş qoymadı. O, mənim gündəlik çəkdiyim əziyyəti qiymətləndirdi".

Şəxsi məşqçilərinə və valideynlərinə təşəkkür edən Pərviz medalın əyarından məmnun olduğunu bildirib: “İnşallah, onu qızıla dəyişəcəyəm. Hələ hər şey yeni başlayır”.

Pərviz Nəsibov dünən İrandan olan qaşqay türkü Məhəmməd Rza Gərayiyə uduzaraq gümüş medalla kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti