Azərbaycanlının okeanın o tayıında vurduğu 5-ci qol - VİDEO

11 Avqust 2020 14:08 Azərbaycan Futbolu 666
Azərbaycanlının okeanın o tayıında vurduğu 5-ci qol - VİDEO

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Nyu Mexiko”nu qəbul edən klub 5:2 hesabı ilə qalib gəlib.

Rüfət oyuna start heyətində başlayıb və 69-cu dəqiqəyədək meydanda olub. 22-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ikinci qolunu vurub.

Bu, futbolçumuzun mövsümdəki 5-ci qolu olub. 13 xal toplayan “Finiks Rayzinq” B qrupunun birincisidir.

Digər Xəbərlər
Xəbər Lenti