Azərbaycan çempionatında 1 bir dəqiqəlik azarkeş etirazı - VİDEO

14 Aprel 2024 19:00 Azarkeş 1 098
Azərbaycan çempionatında 1 bir dəqiqəlik azarkeş etirazı - VİDEO

“Sumqayıt” Premyer Liqanın 30-cu turunda “Zirə”ni qonaq edib.

Qolsuz bərabərliklə bitən matçın gedişində “kimyaçılar” azarkeş qrupunun yer aldığı tribunada gərginlik yaşanıb.

Təxminən 60-cı dəqiqədə baş verən olayın mərkəzində fan klubun üzvləri və asayış keşikçiləri olub.

Hüquq-mühafizə orqanları bir neçə tərəfdarı tribunadan kənarlaşdırmağa cəhd edib.

Azarkeş qrupunun digər üzvləri yoldaşlarının aparılmasına etiraz olaraq olduqları sektoru tərk ediblər.

Meydan sahiblərinin boykot qərarı cəmi 1 dəqiqə çəkib.

Məhz bu qədər zaman kəsiyindən sonra azarkeş qrupu tam tərkibdə öz yerini qayıdıb.

Təbii ki, qərarın dəyişməsinə səbəb tribunadan aparılan üzvlərin sərbəst buraxılması olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi