COP29

AFFA-dan azərbaycanlı azarkeşlərlə bağlı MÜHÜM AÇIQLAMA

24 Mart 2023 20:40 Azarkeş 825
AFFA-dan azərbaycanlı azarkeşlərlə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriyanın qonağı olacaq.

Sözügedən oyun bu axşam Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İndiki məqamda sual doğuran məqamlardan biri qarşılaşmanın keçiriləcəyi Linz şəhərində yerləşən “Raiffeisen Arena”a hansı sayda azərbaycanlı azarkeşin təşrif buyuracağıdır.

Əlaqə saxladığımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla mövzuyla bağlı sualımızı cavablandırdı:

“Bu axşam stadionda millimizi dəstəkləyən azarkeşlərimiz olacaq. Hələ oyundan öncə bununla bağlı müraciətlər olurdu.

İmkanımız daxilində biletlə bağlı köməklik göstərmişik.Məlumatımız var ki, azarkeşlərin arasında bilet alanlar da var.

Ümumiyyətlə, həm Avstriya, həm də İsveçlə oyunlara tərəfdarlarımızın marağı böyükdür. Linzdəki qarşılaşmada tribunalarda azərbaycanlı azarkeşlərin olacağı dəqiqdir”.

Azərbaycan yığması növbəti görüşünü martın 27-də İsveçə qarşı keçirəcək ki, həmin oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"