İlkin Fikrətoğlu bu suala cavab verdi - Rövnəq Abdullayevin ən böyük səhvi nə oldu?

1 Aprel 20:40 Araşdırma 1 968
İlkin Fikrətoğlu bu suala cavab verdi - Rövnəq Abdullayevin ən böyük səhvi nə oldu?

Azərbaycan futbolu üçün həlledici günlər başlayıb. Aprelin 2-də AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək və Azərbaycan futboluna növbəti 4 ildə rəhbərlik edəcək şəxs, həmçinin İcaraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşəcək. Martın lap əvvəlində AFFA-nın strukturunda əsas yeri tutan - kollegial icra orqanı statusu daşıyan İcraiyyə Komitəsi bu tərkibdə sonuncu iclasını keçirib.
Gəncədə təşkil olunan yığıncaqda «icrakom» 2 mühüm məsələyə aydınlıq gətirdi. Birinci, AFFA-ya seçkilıərin 2 apreldə keçiriləcəyi qərara alındı, ikinci də assosasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayev qarşıdakı seçkidə namizədliyini irəli sürməyəcəyini bildiridi.
Azərbayacn futbolu üçün həyati əhəmiyyətlı qərarlar qəbul etməli olan hazırkı «icrakom» zatən formalaşdığı gündən anadan ölü doğulmuş körpəyə bənzəyirdi. Bütün fəaliyyəti boyu elə bu cür ölüvay olaraq qaldı.
Martın 1-də keçirilən iclas bu «icrakom»un son toplantısı idi, AFFA-ya seçkilər ilə bağlı məsələlər müzakirə olunurdu və belə vacib iclasda İcraiyyə Komitəsinin 13 üzvündən 5 iştirak etmədi. Elşad Nəsirov, Elxan Məmmədov, Zaur Axundov, Mahir Məmmədov və Kazbek Tuyaev. Görün, Azərbaycan futbolunu kimlər həll edir!
Düzdür, onların hər biri Gəncəyə getməmək üçün müxtəlif bəhanələr, xəstəlik. ailə məsələləri filan səbəb göstərib. Amma Azərbaycan futbolu üçün taleyüklü məsələlərin müzakirə olunduğu bir iclasa kimsə gəlmirsə, belə adamın AFFA-nın ali orqanında nə işi var axı? Kazbek getsin nəvələri ilə rahat oynasın, Elşad Nəsirovla Mahir Məmmədov SOCAR-da başını girləsin. Zaur Axundov da biznesini çiçəkləndirsin. Vacibdirmi belə adamlar Azərbaycan futbolunun taleyini həll etsin? Heç olmasa, 4 il bir kampaniyada yer aldıqları yoldaşlarına hörmət olaraq Gəncədəki iclasa qatılmalıydılar. Amma görünür, orada bir-birlərinə də hörmət yoxdur. Həmin üzvlərdən biri - Elxan Məmmədov isə zatən çoxdan «icrakom»dan kənarlaşdırılmalı idi. Çünki nizamnamayə görə, il ərzndə 4 dəfə üzrsüz səbəbdən iclaslarda iştirak etməyən şəxs İcraiyyə Komitəsindən çıxarılır. Elxan Məmmədov isə Parisə mühacirət etdiyi 2 ildə bir dəfə də bu iclaslarda iştirak etməyib. Amma sual yaranır: Elxanın üzvlükdən kənarlaşdırmaq məsələsini kim qaldıracaqdı ki? Siz orada yer alan 12 nəfər arasında elə bir cəsarət və ya haqq-ədalət tərəfdarı görürüsüzmü? Hamısı aşağı-yuxarı elə Elxan Məmmədov kimi deyilmi? Onsuz da, xoş ya zor, illərlə futbolumuzun bu yarıtmaz idarəçiliyinə dözdük. İndi onlara “komanda verməyin” vaxtı çatıb. Söhbət, təbii ki, futbol komandasından getmir.
Rövnəq Abdullayevə gəlincə, hakimiyyətin yuxarı qatı ilə bağları qırmamaq üçün postunda qalmağı çox istəyirdi. Son aylardakı aktiv fəaliyyəti, özünə məxsus «Rabitəbank», «Liv Bona Dea» kimi nəhəng tərəfdaşlarla reklam müqavilələri, qızlardan ibarət milli komadanın üzvlərinə indiyədək olmayan məbləğdə mükafat verməsi və s. Amma artıq gec idi, qatar getmişdi. Vaxtında doğru-düzgün adamlara. komandaya güvənmək lazım idi. Rövnəq Abdullayev isə 16 əvvəl, rus demişkən, «stavka»nı futbolla əlaqəsi olmayan, marketoloq Elxan Məmmədova etdi. Təbii ki, burada pərdə arxasında alan day-day Elşad Nəsirovun da böyük rolu oldu. Elxan Məmmədov isə Elşad Nəsirovun dəstəyinə, Rövnəq Abdullayevin etimadına güvənib, Azərbaycan futbolunu ağlar günə qoydu. 16 il ərzində dövlətin ölkə futboluna ayırdığı 1 milyard manatdan çox pulun nəticəsi belə olmamalı idi. Və indi bu adamıar əl-qolunu sallayıb, ortalıqda gəzirlər. Biri Parisdə beynəlxaq təcrübəsini paylaşır, digərləri burada milli komanda üçün növbəti xarici məşqçini axtarır. Əlbəttə, hakimiyyət elitasında Rövnəq Abdullayevin futbolda zəifləmiş imicini yaxşı bilirlər, ona görə bu dəfə, böyük ehtimalla, ona yuxarıdan «ok» verlmədi. Necə deyərlər, özü yıxılan ağlamaz, Rövnəq müəllim! Beləlikə, AFFA İcraiyyə Komitəsi 4 ildə sonuncu iclası keçirirək, öz mandatını başa vurmaq üzrədir.
Aprelin 2-də isə növbəti AFFA prezidentinin və yeni «icrakom» üzvlərini adlarını rəsmən biləcəyik. Nizamnaməyə görə, prezidenti AFFA-ya üzv qurumlardan olan 34 nəfər seçəcək. Onlar Regional Futbol Federasiyasında səsvermə hüququna malik 8, Sahə Futbol Federasiyasından 12, İctimai Futbol Təşkilatlarından 4, PFLdan 10 nəfər olacaq. AFFA prezidentinin özü də (əgər namizədliyini irəli sürərdisə) səsvermə hüququna malikdir. Amma indiki halda Rövnəq Abdullayev namizəd olmadığından, demək səsvermə hüququ da olmayacaq.
Əslində, burada bir incə məqam da var. Rövnəq Abdullayev bildiirib ki, özü namizədliyini irəli sürməyəcək. Nizamnaməyə görə, AFFA-ya üzv istənilən bir qurum Rövnəq Abdullayevin namizədliyini irəli sürə bilər. Bunu kimsə emədi. Qələmin qırıldısa, vay halına! Burada əsas məsələ, sadəcə, yeni gələn komandanın normal iş görən, ölkə futboluna canıyanan şəxslərin olmasındadır.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti