İtaliya - İspaniya matçının ən yaxşısı o seçildi - FOTO

7 İyul 2021 14:10 Araşdırma 918
İtaliya - İspaniya matçının ən yaxşısı o seçildi - FOTO

AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İtaliya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Kyeza İspaniya ilə oyunda bir qol vurub.

İtaliya – İspaniyat matçının əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən italyanlar finala yüksəliblər.

Digər Xəbərlər
Xəbər Lenti