"Bu cür səhvlər bağışlanılmır, heç kimi günahlandırmaq istəmirəm”

22 Noyabr 2021 10:20 Türkiyə 515
"Bu cür səhvlər bağışlanılmır, heç kimi günahlandırmaq istəmirəm”

“Qalatasaray”ın qapıçısı Fernando Muslera Super Liqada “Fənərbaxça”ya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, uruqvaylı 1:2 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Derbilərin çətin olduğunu bilirsiz. Bu oyunda özümüz özümüzə problem yaratdıq. İlk hissədə yaxşı oynadıq. Qolu da vurmuşduk.

Buraxdığımız qollar öz səhvlərimizdən qaynaqlanır. Belə oyunlarda bu cür səhvlər bağışlanılmır.

Oyunun qırılma anı ikinci qol idi. Oyunda nəzarət etdiyimiz bir vaxtda hesabda geri düşdük.

Yaxşı oynadığımız vaxtda etdiyimiz bir səhv bizə baha başa gəldi. Heç kimi günahlandırmaq istəmirəm. Komanda yoldaşlarım çox çalışdılar”.

Digər Xəbərlər
Xəbər Lenti