"Sumqayıt" təkləndi, müdafiəçisi dilə gəldi

11 Mart 2020 17:12 Sumqayıt 858
"Sumqayıt" təkləndi, müdafiəçisi dilə gəldi

Koronavirus epidemiyasının sürətlə yayılması səbəbindən Azərbaycan Premyer Liqasının 21 və 22-ci turları azarkeşsiz keçiriləcək
Bundan ən çox əziyyəti "Sumqayıt" çəkəcək.

Elitanın son 2-3 mövsümdə böyük azarkeş kütləsi toplayan yeganə iştirakçısı onlardır.

"Kapital Arena"nın tribunalarına hər dəfə minlərlə toplaşır. İndi isə biz "12-ci oyunçu"dan ibarət ordunu martın 15-də, «Səbail»ə qarşı matçda həmişəki yerində görməyəcəyik.

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a qərarla bağlı bunları deyib "Azarkeşlərimiz ev və səfər görüşlərində bizi tək buraxmırlar.

Dəstəklərini hər zaman hiss edirik. Nəticədən asılı olmayaraq,sağ olsunlar,daim yanımızdadırlar. Həqiqətən, ev görüşlərində azarkeşlərin dəstəyin çox hiss edirik.

Onların qarşısında oynamaq çox rahatdır. Bu dəfə stadiona buraxılmasalar da, mənəvi cəhətdən yanımızda olan azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Əliyev bildirib ki, ancaq əsas insanların sağlamlığıdır; "Bütün dünya bu, virusla mübarizə aparır. Əksər dünya ölkələri bu xəstəlikdən əziyyət çəkir. Minlərlə insan bu xəstəlikdən dünyasın dəyişib. Əsas olan insanlarımızın sağlamlığıdır".

Digər Xəbərlər
Xəbər Lenti