Türkiyəli azarkeşlərin “Qarabağ” – “Qalatasaray” oyununa reaksiyası NECƏ OLDU?

15 Mart 2023 20:40 Sizdən Bizə 1 069
Türkiyəli azarkeşlərin “Qarabağ” – “Qalatasaray” oyununa reaksiyası NECƏ OLDU?

“Qarabağ”ın “Qalatasaray”la üz-üzə gələcəyi ilə bağlı xəbər ölkə futbolunda qaynaşma yaradıb.

İndi hamı Azərbaycan və Türkiyə nəhənglərinin üz-üzə gələcəyi günü, oyunun hansı məcrada keçəcəyini, aparıcı futbolçuların yoxluğunda komandaların necə təsir bağışlayacağını, qarşılaşmanın hansı nəticə ilə bitəcəyini müzakirə edir.

“Qarabağ”ın məlum oyunla bağlı sosial şəbəkə hesablarında yerləşdirdiyi elan tipli məlumat isə maraqlı şərhlərə yol açıb.

Rəy yazanların arasında qardaş ölkədən olan futbolsevərlər də var ki, onların “Qarabağ” – “Qarabağ” duelinə münasibəti maraq doğurmaya bilməz.

Ali Osman Kılıç: “Sonunda “Qarabağ”lı əsgər qardaşlarımızın arzusu qəbul oldu”.

Ayhan Turkan Brdk: “Bir yanda azarkeşlik etdiyim komanda, o biri tərəfdə Azərbaycanda tərəfdarı olduğum komanda. Dostluq qazansın”.

Mustafa İnan: “Dostluq qazanacaq”.

Muhammet Anık: “Can, qardaş, can”.

Müslüm Kanıtemiz: “Nəticə önəm daşımayacaq. Çünki, bu, qardaşlığın qazanacağı oyundur”.

Ahmet Orhann: “Sizinlə bu oyunu oynamaq bizim üçün bir onur, şərəfdir”.

Selim Kayra: “Türkiyənin ən böyük komandası lider “Qalatasaray” Bakıya gəlir. Çox gözəl oyun olacaq”.

Selim Elif Karakurt: “İki qardaş komanda, iki azarkeşlik etdiyim komanda. Bundan gözəl nə ola bilər? Hər ikisinə uğurlar arzulayıram”.

Kürşat Caner Göktürk: “Normalda “Qalatasaray” “Qarabağ”ı udar. Amma bilərəkdən bərabərə qalacaqlar”.

“Yoldaşlıq yox, qardaşlıq oyunu” kimi təqdim olunan matç martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!