COP29

"Bu il bir çox çətinliklərdən sonra qarşıya qoyulan məqsədə çatdıq" - FOTO

29 May 03:40 Sabah 478
"Bu il bir çox çətinliklərdən sonra qarşıya qoyulan məqsədə çatdıq" - FOTO

"Sabah"ın mərakeşli legioneri Sofian Çakla instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu komandasının avrokuboklara vəsiqə qazanmasından yazıb:

"Bu il bir çox çətinliklərdən sonra qarşıya qoyulan məqsədə çatdıq. Gəldiyim ilk gündən mənə dəstək olan, sevgi və məhəbbətlə yanımızda olan bütün klub işçilərinə təşəkkür edirəm.

"Neftçi" ilə görüşdə də bizə dəstək çıxan azarkeşlərimizə də minnətdaram. Çox sağ olun".

"Sabah" Premyer Liqanın son turunda "Neftçi"yə səfərdə 1:0 qalib gələrək ölkə çempionatında 3-cü yeri tutub və yeni mövsüm Konfrans Liqasına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!