COP29

“Qarabağ”da tanıdıq, finalı uduzdu, belə reaksiya verdi - VİDEO

28 May 22:20 Region Liqası 2 089
“Qarabağ”da tanıdıq, finalı uduzdu, belə reaksiya verdi - VİDEO

AFFA-nın keçirdiyi Region Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Final matçında "Hypers" və "Şimal" üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq olan Xaçmaz təmsilçisi çempion olub.

Qarşılaşmadan sonra "Hypers"li futbolçular arasında göz yaşı axıdanlar belə olub.

Bu məqamda komandanın baş məşqçisi Vüqar Nadirov soyuqqanlı hərəkətləri ilə yadda qalıb.

Milli komandamızın və "Qarabağ"ın tanınan sabiq hücumçusu yerdə qalan futbolçularına yaxınlaşıb təsəlli edib.

O, davamında rəqib oyunçuları təbrik etməyi də unutmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xoş görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!