
Gələn mövsüm I Divizionda minimum 10 komanda mübarizə aparacaq.
Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, Premyer Liqa təmsilçilərinin əvəzedici heyətləri növbəti yarışın iştirakçıları arasında yer almayacaq.
Onların çempionatı ayrı keçiriləcək. Bu boşluğu Region Liqasının nümayəndələri tutacaq. Federasiya seçim zamanı bölgə kollektivlərinə üstünlük verəcək.
Hər zonadan bir komanda I Diviziona cəlb olunacaq. Belədə onların maliyyə durumu və şəraiti əsas götürüləcək.
Cari mövsüm birinci liqada 15 kollektiv yer alıb. Premyer Liqa nümayəndələrindən yalnız «Sabah»ın əvəzediciləri I Divizionda mücadilə etmir.
«Araz Naxçıvan», MOİK, «Zaqatala», «İmişlli», «Qaradağ Lökbatan» və «Mingəçevir» müstəqil klub statusu daşıyır.