UEFA "Qarabağ"ın oyununa almanları təhkim etdi

25 Sentyabr 2020 12:02 Qarabağ 364
UEFA "Qarabağ"ın oyununa almanları təhkim etdi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.

Sportinfo,az xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək. Stieler daha əvvəl Ağdam təmsilçisinin avrokubokdakı matçını idarə edib.

39 yaşlı hakim 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində komandanın İtaliyada "Roma"ya 0:1 hesabı ilə uduzduğu görüşdə iş başında olub.

Oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti