"Narazı deyiləm, “Qarabağ”dansa, “Şerif”lə oynamaq yaxşıdır”

23 Sentyabr 2020 14:08 Qarabağ 1 153
"Narazı deyiləm, “Qarabağ”dansa, “Şerif”lə oynamaq yaxşıdır”

“Püşkatmadan narazı deyiləm. Çempionlar Liqasında uduzsaq da, Avropa Liqasında yolumuza davam etmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu İrlandiyanın “Dandalk” klubunun qapıçısı Qari Rojer Avropa Liqasının III təsnifat mərhələsində Moldova “Şerif”i ilə keçiriləcək oyunöncəsi deyib.

39 yaşlı yerli qolkiper Azərbaycan çempionu “Qarabağ”a rəqib olmamalarına sevindiyini əlavə edib: “Şerif”i keçmək çətin olacaq, bunu bilirik. Onlar da bizim kimi, mərhələ adlamaqda iddialıdır.

Ancaq bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də düşə bilərdik. Onlardansa “Şerif”lə oynamaq daha yaxşıdır. Moldova klubu cütün favoriti sayılsa da, matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq”.

“Şerif” – “Dandalk” oyunu sentyabrın 24-də Tiraspolda keçiriləcək. “Qarabağ” isə Avropa Liqasında mübarizəyə pley-off mərhələsindən qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti