“Qarabağ“a 1,3 milyon avroya başa gələn TRANSFER

19 May 2020 10:52 Qarabağ 1 527
“Qarabağ“a 1,3 milyon avroya başa gələn TRANSFER

İspaniya mətbuatı ötən ilin yayında “Qarabağ”a keçən Xayme Romeronun transfer qiymətini müəyyənləşdirdiyini iddia edib.

Həmkarlarımız Azərbaycan çempionunun 30 yaşlı hücumçu üçün “Kordoba”ya ödədiyi məbləği açıqlayıb.

Bildirilir ki, Sequnda klubu 2015-ci ildən bəri yalnız iki oyunçunun transferindən qazanc götürüb ki, onlardan biri də məhz Xaymedir.

Ağdamlılar mövsümlərarası fasilədə bu keçidin reallaşması üçün İspaniyanın aşağı liqa təmsilçisinə 500 min avro ödəyib. Xayme Romeronun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Sportinfo.az-ın məlumatına görə, ispaniyalı legioner “Qarabağ“a 1,3 milyon avroya başa gəlib. Bu, yalnız birinci mövsümə aid rəqəmdir. O, burada illik olaraq 750 min avro qazanır. Xayme bu göstərici ilə Ağdam klubunun ən ödənişli futbolçularının siyahısında liderdir.

Digər Xəbərlər
Xəbər Lenti