"Qarabağ"ın legioneri İtaliya, Fransa, Belçika və Türkiyə klublarının hədəfində

21 Yanvar 2020 11:06 Qarabağ 1 825
"Qarabağ"ın legioneri İtaliya, Fransa, Belçika və Türkiyə klublarının hədəfində

"Qarabağ"ın futbolçusu Faysal Rerras Ağdam klubunu tərk edə bilər. Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı müdafiəçi "Benevento" klubunun maraq dairəsinə düşüb.

Seria B təmsilçisi 26 yaşlı oyunçunu transfer etmək istəyir. Turnir cədvəlinə başçılıq edən komandanın növbəti mövsümdə A Seriyasında çıxış edəcəyini nəzərə alan rəhbərlik heyətə futbolçular cəlb etməyi düşünür.

Xəbərdə 26 yaşlı oyunçunun "Qarabağ"la müqaviləsinin iyunda başa çatacağı vurğulanıb. Ağdam təmsilçisinin müqaviləni daha bir il uzatmaq imkanı olsa da, klubun bu hüquqdan yararlanmağı planlaşdırmadığı bildirilib. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.

Digər Xəbərlər
Xəbər Lenti